`Avropa ABŞ, Rusiya və Çinin oyuncağıdır` - Baş nazir

`Avropa ABŞ, Rusiya və Çinin oyuncağıdır` - Baş nazir
  03 Fevral 2017    Oxunub:2192
Avropa Birliyinin vətəndaşları ABŞ, Rusiya və Çin liderləri üçün “oyuncaq” olmamalıdır.
AzVision.az “Soir” qəzetinə istinadən xəbər verir ki, bunu Belçikanın baş naziri Şarl Mişel deyib. Onun sözlərinə görə, birləşmiş Avropa öz müqəddəratını özü müəyyən etməlidir:

“Avropa vətəndaşları Putinin, Trampın və Çinin oyuncaqlarıdır. Mən bunu istəmirəm. Bunun üçün təkcə danışıqlar yox, cəsarətli hərəkətlər də tələb olunur”.

Baş nazir söz verib ki, Aİ-nin cümə günü Valettada keçirilən qeyri-formal sammitində həmkarlarına bu sözləri deyəcək: “Trampın gəlişinə sevinənlər bir gün o sizdən imtina edəcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti