`Lapşini Azərbaycana təhvil verməliyik` - Lukaşenko

`Lapşini Azərbaycana təhvil verməliyik` - Lukaşenko
  03 Fevral 2017    Oxunub:3120
"Belarusun Rusiya və İsrail vətəndaşlığı olan bloqqer Aleksandr Lapşini Azərbaycana ekstradisiya etməmək üçün heç bir əsası yoxdur"

AzVision.az-ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi mətbuat konfransında deyib: “Bizdə onu Azərbaycana verməmək üçün hansı əsaslar var? Heç bir...”

Prezidentin sözlərinə görə, onlar Lapşini "İnterpol"un qərarına uyğun olaraq həbs ediblər: “Bütün qanunlara əsasən, onu Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz onu buraxa bilərik, amma bu, düzgün çıxmaz. Bütün razılılaşmalara görə, biz onu Azərbaycana təhvil verməliyik. Ümidvaram ki, Azərbaycan, Rusiya və İsrail Lapşinin taleyi barədə razılığa gələ biləcəklər”.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqqer Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti