Ermənilər azərbaycanlı girova cinayət işi açdı

Ermənilər azərbaycanlı girova cinayət işi açdı
  04 Fevral 2017    Oxunub:24888
Cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu barəsində separatçı rejim tərəfindən cinayət işi açılıb.

AzVision.az xəbər verir ki, erməni KİV-lərində azərbaycanlı girovun videogörüntüsü yayılıb.

Qeyd edək ki, Elnur Hüseynzadənin girov götürülməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası vətəndaş Elnur Hüseynzadə ilə bağlı araşdırma aparıldığını bəyan edib. Zəruri tədbirlərin görüldüyü bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti