`ABŞ-ın yeni sanksiyaları qeyri-legitimdir` - İran XİN

`ABŞ-ın yeni sanksiyaları qeyri-legitimdir` - İran XİN
  04 Fevral 2017    Oxunub:1386
Rəsmi Tehran ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları qeyri-legitim hesab edir.

“Reuters” agentliyinin verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Yeni sanksiyalar ABŞ-ın öhdəlikləri və İranla “altılıq” ölkələri arasında əldə edilən sazişə dair BMT-nin qətnaməsi ilə uzlaşmır”, - deyə Zərif bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran cavab addımları atacaq: “Tərəfimizdən ABŞ-ın bir sıra fiziki şəxsi və təşkilatına qarşı məhdudiyyətlər tətbiq ediləcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti