30 adamı öldürən 17 yaşlı gənc tutulub

30 adamı öldürən 17 yaşlı gənc tutulub
  04 Fevral 2017    Oxunub:3436
Kolumbiya hüquq-mühafizə orqanları 30 qətl törətməkdə şübhəli bilinən 17 yaşlı gənci saxlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, istintaqın versiyasına görə “Friolito” ləqəbli gənc ilk qətlini 12 yaşında törədib.

Polis hesab edir ki, əvvəlcə gənc yerli cinayətkar qruplaşmalardan birinin üzvü olub. Daha sonra narkotiklərin qanunsuz dövriyyəsi və qətllərlə məşğul olan dəstə yaradıb və bu dəstəyə başçılıq edib. Saxlanılan şəxsin adı yetkilik yaşına çatmadığına görə açıqlanmır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti