BMT əfqan liderinə qarşı sanksiyaları ləğv edib

BMT əfqan liderinə qarşı sanksiyaları ləğv edib
  04 Fevral 2017    Oxunub:1741
BMT Təhlükəsizlik Şurası Əfqanıstanın "Hizb-i-İslami" Partiyasının lideri Gülbəddin Hikmətyara qarşı mövcud olan sanksiyaları ləğv edib.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, qərar Əfqanıstanın rəsmi müraciətindən sonra qəbul olunub. Belə ki, rəsmi Kabul bu partiya ilə sülh müqaviləsi imzaladığını bəyan etmişdi.

Qeyd edək ki, puştunları təmsil edən "Hizb-i-İslami" Partiyası 1976-cı ildə G.Hikmətyar tərəfindən təsis edilib. Partiya Əfqanıstan parlamentdə təmsilçilik hüququna və təxminən min nəfərədən ibarət hərbləşmiş birləşməyə malikdir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti