Suriyada İŞİD-in 4 əmiri məhv edilib

Suriyada İŞİD-in 4 əmiri məhv edilib
  04 Fevral 2017    Oxunub:2365
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 51 üzvü zərərsizləşdirilib, 135 hədəfi məhv edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab, Tadif bölgəsində aparılıb. Zərərsizləşdirilən terrorçular arasında İŞİD terror qruplaşmasının dörd "əmir"i də olub.

Nəticədə terrorçular tərəfindən məskunlaşma yeri kimi istifadə olunan 56 bina, terrorçuların istifadə etdiyi 3 qərargah məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti