Qasırğa 250 min sakini işıqsız qoyub

Qasırğa 250 min sakini işıqsız qoyub
  04 Fevral 2017    Oxunub:1777
Fransanın cənub-qərbində "Lev" adlandırılan güclü qasırğa səbəbindən təxminən 250 min sakin elektrik enerjisiz qalıb.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, elektrik təminatında yaranan problemləri aradan qaldırmaq üçün əlavə mütəxəssislər cəlb edilib. Şənbə günü səhər saatlarında başlayan güclü qasırğanın sürəti bəzi hallarda saatda 148 kilometrə çatıb.

Metereoloqlar hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar "qırmız təhlükə" siqnalı barədə xəbərdarlıq edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti