ABŞ qırıcıları İŞİD-ə ağır zərbə vurdu

ABŞ qırıcıları İŞİD-ə ağır zərbə vurdu
  05 Fevral 2017    Oxunub:2001
ABŞ qırıcıları Suriyada Rakka yaxınlığında terror təşkilatı İŞİD-in əlində olan neft zavodlarına 20 hava hücumu həyata keçirib.

Haberturk.com-un verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının yazılı açıqlamasında məlumat verilib.

Açıqlamada bildirilib ki, İŞİD-ə məxsus 11 yanacaq tankeri, 6 neft çəni, 3 neft emalı zavodu, 1 neft anbarı, həmçinin təşkilatın rəhbər şəxslərinin istifadə etdikləri 2 məkan, 2 tunel və 1 bina yerlə bir edilib, regiondakı tədarük yolları sıradan çıxarılıb. Həmçinin Əl-Bab bölgəsində də 3 İŞİD hədəfinə hücum təşkil olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti