Rusiyaya qarşı sanksiyaların vaxtı uzadılacaq

Rusiyaya qarşı sanksiyaların vaxtı uzadılacaq
  05 Fevral 2017    Oxunub:2080
Avropa İttifaqı martın ortalarında Rusiyanın və Ukraynanın 100 vətəndaşına qarşı sanksiyaların müddətini daha yarım il uzada bilər.

TASS xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Brüsseldəki mənbələrdən Bloomberg-ə daxil olan məlumata görə, iş adamlarına və bəzi banların sahiblərinə tətbiq ediləcək sanksiyalar aktivlərin dondurulmasını və Avropa ölkələrinə girişə qadağa qoyulmasını nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti