166 gündə 33 terrorçu məhv edilib

166 gündə 33 terrorçu məhv edilib
  05 Fevral 2017    Oxunub:1187
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının 166-cı günündə İŞİD terror qruplaşmasının 259 hədəfi vurulub.

AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 33 terrorçu məhv edilib, 4-ü yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusunun döyüşçüləri ilə birlikdə həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti