Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 500 nəfər saxlanıldı (Yenilənib)
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, İŞİD terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli sayılaraq həbs edilənlərin sayı 500 nəfərə çatır.
Bu, Türkiyədə İŞİD-ə qarış aparılan ən böyük əməliyyat sayılır.
***
Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankarada həyata keçirilən əməliyyat zamanı İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 60 nəfər həbs olunub.
Əməliyyat Sincan, Çubuq, Yeniməhəllə və Mamak rayonlarında keçirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


