Qar faciəsi: 100-dən çox ölən var (Yenilənib)

Qar faciəsi: 100-dən çox ölən var (Yenilənib)
  06 Fevral 2017    Oxunub:4493
Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 100 nəfəri ötüb.

AzVision.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb.

Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxarıblar.

***

Son üç gündə Əfqanıstanda güclü qar yağması nəticəsində 54 nəfər həlak olub, 52 nəfər isə xəsarət alıb.

“Frans Press” agentliyinin verdiyi məlumata görə, şaxtalar və qar uçqunları ölkənin əsasən 22 əyalətində qeydə alınıb. Son məlumatlara görə, əlverişsiz hava şəraiti nəticəsində 168 ev dağılıb, 340 baş mal-qara tələf olub.

Hakimiyyət qurbanların sayının artacağından narahatdır. Çünki xilasedicilər ən çox zərər çəkmiş rayonlara hələlik çata bilməyiblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti