Milli Şura niyə Lalə Şövkətə hücum edir?

Milli Şura niyə Lalə Şövkətə hücum edir?
  23 Avqust 2013    Oxunub:1136
Azərbaycan Liberal Partiyası Milli Şurada baş verən proseslərlə bağlı bəyanatla çıxış edib. AzVisison.az həmin bəyanatı təqdim edir:
“Son bir neçə gündə bəzi müxalifət yönlü KİV-lərdə Azərbaycan Liberal Partiyasına (ALP) və onun lideri Lalə Şövkətə qərəzli mövqe və hücumlar dərc olunmaqdadır. Bunu Milli Şuranın avqustun 19-da keçirilmiş son sessiyasında yeni vahid namizəd məsələsinə dair ALP-nin mövqeyi ilə bağlayırlar.
Bununla əlaqədar ALP müvafiq izahat verməyi zəruri hesab edir.
Birincisi, biz xatırlatmaq istəyirik ki, Liberal Partiyasının lideri Lalə Şövkət hələ bu ilin əvvəlində qarşıdan gələn prezident seçkilərində iştirak etməkdən imtina edib, və buna görə məhz ona qarşı olan hücumlar tamamilə anlaşılmazdır.
İkincisi, Liberal Partiya, yaranmış böhran vəziyyətinin ciddiliyini və müxalif siyasi liderlərin seçki prosesindən kənarda qalmaq təhlükəsini nəzərə alaraq, bütün siyasi liderlərin öz partiya və təşkilatlarının adından öz namizədliyini vaxt itirmədən irəli sürülməsini nəzərdə tutan memorandumu dəstəkləyib. Beləliklə, bütün siyasi liderlərə sərbəstlik verilmişdir və MSK tərəfindən təsdiq edildikdən sonra Milli Şura tərəfindən onlara dəstək nəzərdə tutulmuşdur.
Üçüncüsü, avqustun 21-də Milli Şuranın təcili çağırılmış partiya sədrlərinin iclasında Liberal Partiyanın sədri Əvəz Temirxan tərəfindən təklif irəli sürülüb ki, konsensus yolu ilə siyasi liderlər öz aralarında seçim etsinlər və vahid namizəd haqqında qərar qəbul etsinlər. Belə olan halda namizədin kimliyindən asılı olmayaraq ALP onu dəstəkləməyə hazırdır. Prezident seçkiləri siyasi prosesdir və belə bir böhranlı vəziyyətdə məhz siyasi liderin vahid namizəd olmağı daha da məqsədəuyğundur. Lakin Milli Şuraya daxil olan siyasi partiya sədrləri bu təklifin müzakirəsindən imtina etmişlər.
Beləliklə, prezident seçkilərində iştirakdan imtina edən və digər müxalifət siyasi liderlərinə sərbəst seçim verən ALP lideri Lalə Şövkətə və Liberal Partiyaya qarşı olan hücumlar yersizdir və sağlam məntiqə ziddir”.


Teqlər:  





Xəbər lenti