Türkiyədə xüsusi əməliyyat: 763 nəfər saxlanılıb

Türkiyədə xüsusi əməliyyat: 763 nəfər saxlanılıb
  06 Fevral 2017    Oxunub:1642
Türkiyədə İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, eyni zamanda 29 rayonda keçirilən əməliyyatlarda 763 nəfər saxlanılıb.

Saxlanılan şəxslərdən çox sayda təşkilati proqram və rəqəmsal material, iki tapança, dörd tüfəng və 372 patron müsadirə edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti