Ermənistanda seçki marafonu başlayır

Ermənistanda seçki marafonu başlayır
  06 Fevral 2017    Oxunub:2240
Ermənistanın Mərkəzi Seçki Komissiyası ölkədə aprelin 2-nə planlaşdırılmış parlament seçkilərində iştirak etmək niyyətində olan siyasi partiya və blokların sənəd qəbuluna başlayıb.
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti” yə açıqlamsında Ermənistan MSK-nın rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, partiya və siyasi blokların müraciəti 6 fevral tarixindən başlanacaq və on gün davam edəcək: “MSK müraciət edən siyasi partiya və blokların qeydiyyatını fevralın 16-dən 26-dək yoxlayacaq”.

Qeyd edək ki, Ermənistanda seçkiqabağı kampaniya martın 5-dən 31-dək davam edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti