Eldar Namazov ifşa olundu
Buna cavab olaraq isə EL Hərəkatının və Milli Şura Aparatının rəhbəri Eldar Namazov “Turan”a açıqlamasında təşkilatlarında Əflan İbrahimov adlı bir şəxsin olmadığını deyib.
Eldar Namazovun bu açıqlamasından sonra virtualaz.org saytı Ə.İbrahimovun mövqeyini bir daha öyrənib. İbrahimov E.Namazovun bu iddiasının yalan olduğunu, özünün isə təşkilatın Ali Məclisinin sədr müavini olduğunu faktar və sənədlərlə sübut edəcəyini bildirib:
- Dünən Rüstəm İbrahimbəyovun ofisində EL Hərəkatının iclası olub. Özüm orada iştirak etmişəm. Mənim fikirlərimlə razılaşmadılar. Eldar Namazova da, Eldəniz Quliyevə də belə bir bəyanat verəcəyimi dedim. Onların fırıldaqla, saxtakarlıqla məşğul olduqlarını bildirdim. İndi rayondayam. Bakıya gələndə EL Hərəkatı Şamaxı rayon təşkilatının sədri Rəhim Qasımov və Qobustan rayon təşkilatının sədri Alxan İbrahimov da mənimlə birlikdə olacaqlar. Onlar da bəyanat verərək EL Hərəkatından istefa verəcəklər. Əlimizdə faktlar, sənədlər var. Hamısını sizə təqdim edəcəyəm. Eldar Namazov deyir ki, mən Əflan adlı adam tanımıram. Halbuki mən EL Hərəkatına Eldar Namazovun şəxsən öz imzası ilə üzv qəbul olunmuşam. Sənədlərin hamısı məndədir. Təşkilatın siyahısını sizə verəcəm. Hamısına zəng vurub soruşarsınız ki, mən təşkilatın Ali Məclisinin sədr müaviniyəm, yoxsa yox. Eldar Namazov yalandan deyir ki, 32 rayon təşkilatımız var. 2-3 təşkilat var, onu da mən yaratmışam. Eldar Namazov təşkilat yaradarkən bir ofis tutmuşdu. Həmin gün çəkilişlər olub. O çəkilişlərdə mənim təklif və çıxışlarım olub. Gəlib hər şeyi sənədlərlə sübut edəcəm. Dünən keçirilən iclasda da iştirak etmişəm. Eldar Namazov dedi ki, Rüstəm İbrahimbəyov Bakıya gəlməyəcək. Nurəddin Mustafayev, Rahim, Seyran, Eldəniz Quliyev, Köçəri Nağıbəyli də orada idilər. Namazov bu yalanlarla heç yerə gedə bilməyəcək.
Teqlər: