`Eurovision 2017`nin biletlərinin qiyməti açıqlandı

`Eurovision 2017`nin biletlərinin qiyməti açıqlandı
  07 Fevral 2017    Oxunub:1617
Bu il Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision 2017”nin biletlərinin qiyməti açıqlanıb.

AzVision.az axşam.az-a istinadən bildirir ki, qiymətlər 20-100 avro arasında dəyişir. Lakin müsabiqənin VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro olacaq.

Biletlərin gələn həftədən satışa çıxarılacağı bildirilir. Kiyev bu ilki yarışmaya 20 min qonağın gələcəyini gözləyir.

Xatırladaq ki, "Eurovision 2017"nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı mayın 11-də keçiriləcək. Final isə mayın 13-də baş tutacaq.

Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında 8 nömrə altında çıxış edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti