ABŞ-da atışma olub - 4 nəfər ölüb

ABŞ-da atışma olub - 4 nəfər ölüb
  07 Fevral 2017    Oxunub:2066
ABŞ-ın Yazu-Siti şəhərində (Missisipi ştatı) silahlı insident baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə klubunun avtomobil dayanacağında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Onlardan ikisi hadisə yerində, daha ikisi xəstəxanada ölüb. İlkin məlumata görə, hadisə mübahisə zəmində baş verib.

İnsidentlə əlaqədar bir nəfər polis tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti