Türkiyədə yenidən zəlzələ olub

Türkiyədə yenidən zəlzələ olub
  07 Fevral 2017    Oxunub:1412
Türkiyədə yenidən zəlzələ olub.

AzVision.az-ın yerli KİV-ə istinadən xəbərin görə, zəlzələ Çanaqqala vilayətində, 5,2 bal gücündə baş verib.

Yerli vaxtla saat 05:37-də baş verən zəlzələnin episentri Çanaqqala vilayətinin Ayvacık qəsəbəsində, ocağı isə 6,6 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətində ötən gün daha iki zəlzələ olub. 5,3 4,4 bal gücdə olan yeraltı təkanlar nəticəsində 11 kənddə 110 evə ziyan dəyib, 5 nəfər xəsarət alıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti