Azərbaycanda nazir işdən çıxarıldı - Yeni təyinat (VİDEOXƏBƏR)
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Xalid İsgəndərov maliyyə naziri vəzifəsindən azad edilib
V.Talıbovun digər sərəncamı ilə Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.
Qeyd edək ki, yeni maliyyə naziri Səbuhi Məmmədov bu vəzifəyədək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri olub.
AzVision.az