`Qarabağda yeni müharibə qaçılmazdır` - Erməni siyasətçi

`Qarabağda yeni müharibə qaçılmazdır` - Erməni siyasətçi
  07 Fevral 2017    Oxunub:5540
Erməni siyasətçi David Şaxnazaryan Qarabağda yeni müharibənin qaçılmaz olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə siyasətçi “tert.am”-a müsahibəsində bildirib.

Erməni ekspert vurğulayıb ki, İran Ermənistanın milli təhlükəsizliyinin qarantıdır: “Ermənistanın müdafiə nazirinin İrana səfəri iki ölkə arasında münasibətlərə yeni nəfəs verdi. İran Moskva-Ankara-Bakı alyansından fərqli olaraq Cənubi Qafqazda və Qarabağ münaqişə zonasında sabitləşdirici faktor rolunu oynayır. Tramp Administrasiyasının siyasəti bizə maneə olmamalıdır və Ermənistan İranla əməkdaşlığı genişləndirməli və dərinləşdirməlidir”.

Jurnalistin “Qarabağda müharibənin bərpa olunması ehtimalı varmı?” sualına Şahnazaryan birbaşa cavab verib: “Yeni müharibə qaçılmazdır”.

“2017-ci il həm bizim region, həm də qlobal və Avropa təhlükəsizliyi üçün həlledici il olacaq”, - deyə Şaxnazaryan vurğulayıb.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti