Putini `qatil` adlandıran jurnalist: `2023-cü ildə üzr istəyəcəyəm`

Putini `qatil` adlandıran jurnalist: `2023-cü ildə üzr istəyəcəyəm`
  07 Fevral 2017    Oxunub:4035
Rusiya prezidenti Vladimir Putini “qatil” adlandıran “Fox News” telekanalının aparıcısı Bill O`Reyli öz çıxışına görə üzr istəmək niyyətində olmadığını bildirib.
AzVision.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Mən bu üzrxahlığın üzərində işləyirəm. Lakin bunun üçün müəyyən qədər vaxt tələb olunur. 2023-cü ildə bunun şahidi olacaqsınız”, - deyə Bill O`Reyli bildirib.

Qeyd edək ki, fevralın 4-ü Bill O`Reyli ilə müsahibə zamanı ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə hörmət etməsindən danışıb. Jurnalist isə buna cavab olaraq Putini “qatil” adlandırıb.

“Siz elə düşünürsünüz ki, bizim ölkəmiz günahsızdır”, - deyə Tramp cavab verib.

Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti