İŞİD-in 203 hədəfi məhv edilib

İŞİD-in 203 hədəfi məhv edilib
  07 Fevral 2017    Oxunub:1575
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 21 üzvü zərərsizləşdirilib, 203 hədəfi məhv edilib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab, Tadif bölgəsində aparılıb.

Nəticədə terrorçular tərəfindən məskunlaşma yeri kimi istifadə olunan 64 bina, terrorçuların istifadə etdiyi 1 silahlı avtomobil məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti