Qarabağ separatçıları İranda konsert verəcək

Qarabağ separatçıları İranda konsert verəcək
  07 Fevral 2017    Oxunub:1685
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu qrupun bədii rəhbəri Lira Koçaryan deyib. O, qrupun tərkibində 13 nəfərin olduğunu bildirib.

Koçaryan eyni zamanda qeyd edib ki, qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti