Nəsimi və Binəqədidə su olmayacaq

Nəsimi və Binəqədidə su olmayacaq
  23 Avqust 2013    Oxunub:1043
Bu gün Bakı şəhərinin iki rayonunda içməli suyun təchizatında məhdudiyyətlər yaranacaq.
«Azərsu» ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunun Cavadxan küçəsində yeni çəkilmiş 200 mm diametrli su xəttinin 700 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılacaq.

Bununla əlaqədar, avqustun 23-də gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti