Bəşər Əsəd: `Suriya mənim ailəmə məxsus deyil` - (VİDEOXƏBƏR)

Bəşər Əsəd: `Suriya mənim ailəmə məxsus deyil` - (VİDEOXƏBƏR)
  07 Fevral 2017    Oxunub:4888
Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, ölkə yalnız onun ailəsinə məxsus deyil. Onun sözlərinə görə, istənilən suriyalı bir gün ölkə başçısı postunu tuta bilər.
AzVision.az bu barədə “Sana” agentliyinə istinadən xəbər verir.

“Təbii ki, ölkə mənim ailəmə məxsus deyil. Suriya suriyalılara məxsusdur və hər bir suriyalının ölkə prezidenti postunu tutmaq hüququ var”, - deyə Əsəd bildirib.

Suriya lideri qeyd edib ki, Rusiya və ABŞ arasında əməkdaşlıq nəinki Suriyanın, həm də bütün dünyanın xeyrinə olacaq. O, vurğulayıb ki, İŞİD və “Cəbahət ən Nüsra” ilə mübarizədə xalqı qorumaq üçün istənilən addımlar atıla bilər.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti