Gürcüstanda qızlar əsgərliyə aparılacaq

Gürcüstanda qızlar əsgərliyə aparılacaq
  07 Fevral 2017    Oxunub:2877
Gürcüstan sakini İrina Barbakadze qadınların həqiqi hərbi xidmətə məcburi çağırılması ilə bağlı ölkə parlamentinə müraciət edib.
AzVision.az “Novosti-Qruziya” saytına istinadən xəbər verir ki, qanun layihəsi parlament tərəfindən qeydə alınıb və 30 yanvar tarixində keçirilən iclasın gündəliyinə salınıb.

İrina Barbakadze qanun layihəsini “gender bərabərliyi haqqında” qanunun əsas prinsip və müddəaları əsasında yaradıldığını deyib: “Məqsəd ordunun gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, torpaqların geri qaytarılması və ölkənin birləşdirilməsidir”.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə qadınlar orduda xidmət edə bilərlər. Lakin bu, könüllü şəkildə həyata keçirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti