`İbrahimbəyov yoxdusa, Milli Şura dağılacaq`

`İbrahimbəyov yoxdusa, Milli Şura dağılacaq`
  23 Avqust 2013    Oxunub:952
`Milli Şuranın toplantılarının ardı-arası kəsilmir, Rüstəm İbrahimbəyov Azərbaycana gəlmək istəmir`.

Bu sözləri `Yeni Müsavat`a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Milli Şurada namizədin kim olması barədə diskussiyalar səhv istiqamətə gedir :`Müxaliflər alternativ namizəd axtarışına çıxıblar, amma adları çəkilən şəxslər də məsələyə qoşulmaq istəmirlər. Ümumlikdə Milli Şurada uğurlu gedişlər müşahidə olunmur. Milli Şura ideyasının müəllifi Rüstəm İbrahimbəyovdur. Onun adına görə partiyalar Şuraya axışmağa başladılar. Rüstəm İbrahimbəyov yoxdursa, demək, Milli Şura dağılacaq. Çünki qurumu elə partiyalar təşkil edib ki, onların heç biri digərini qəbul etmir. Rejissor Azərbaycana gəlməyəcəksə, Milli Şuranın gələcək fəaliyyətindən danışmaq yersizdir`.


Teqlər:  





Xəbər lenti