Sarkozi məhkəmə qarşısına çıxarılır - Maliyyə saxtakarlığı

Sarkozi məhkəmə qarşısına çıxarılır - Maliyyə saxtakarlığı
  07 Fevral 2017    Oxunub:1907
Fransanın keçmiş prezidenti Nikola Sarkozi “Biqmalion” işi ilə bağlı məhkəmə qarşısına çıxacaq.
AzVision.az xəbər verir ki, bu barədə “AFR” saytına ölkənin Ədliyyə nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Biqmalion” işi Sarkozinin 2012-ci ildə təbliğat kampaniyasının maliyyləşdirilməsi ilə bağlıdır. Sarkozi təbliğat kampaniyası üçün qanunla nəzərdə tutulan məbləğdən (22,5 milyon avro) artıq vəsait ( 40 milyon avro) xərcləyib.

Sarkozinin qərargahının saxta hesab-fakturalar tərtib edərək seçki kampaniyası üçün yığılan gəlirlərinin bir hissəsini gizlətdiyi və bunu “Biqmalion” piar-agentliyi vasitəsilə həyata keçirdiyi ehtimal olunur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti