Lapşinin şikayəti rədd edildi - O, Bakıya göndərilir

Lapşinin şikayəti rədd edildi - O, Bakıya göndərilir
  07 Fevral 2017    Oxunub:2537
Belarus Ali Məhkəməsi bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı şikayətini təmin etməyib.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Ali Məhkəmənin yarım saat davam edən iclasına Lapşin iştirak etməyib. Bildirilib ki, qərar qətidir və heç bir şikayət qəbul olunmur.

Qeyd edək ki, Belarus Ali Məhkəməsinin qərarından sonra Lapşin Azərbaycana ekstradisiya ediləcək. Ali Məhkəmə ölkədə ən yüksək instansiyadır.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib

Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti