Belarus Lapşini Azərbaycana verir - Rəsmi məlumat

Belarus Lapşini Azərbaycana verir - Rəsmi məlumat
  07 Fevral 2017    Oxunub:2126
Belarus Ali məhkəməsinin qərarı elan oldunduqdan dərhal sonra qüvvəyə minir.
AzVision.az belarus KİV-nə istinadən xəbər verir ki, bunu Belarus Baş Prokurorluğunun rəsmi nümayəndəsi Petr Kiselev bloqqer Aleksandr Lapşinin Bakıya ekstadisiyası ilə bağlı açıqlamasında deyib.

“Ali Məhkəməninin qərarından sonra ekstradisiya barədə qərar qüvvəyə minir və daxili işlər orqanları tərəfindən yerinə yetirilməlidir”, - deyə Kiselev bildirib.

TASS agentliyinin verdiyi xəbərə görə, Lapşinin həyat yoldaşı ekstradisiya prosesini ləngitmək üçün ona əlavə müdafiə vaxtı verilməsi üçün Belarus rəhbərliyinə müraciət edib.

Qeyd edək ki, Belarus Ali Məhkəməsi bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı şikayətini təmin etməyib.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib

Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti