Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib

Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib
  07 Fevral 2017    Oxunub:112232
“Fevralın 5-də Ermənistan-Azərbaycan sərhəddində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən maraqlı hadisə baş verib. Tərəflər nəşi almaq üçün üzbəüz durarkən Ermənistan silahlı qüvvələrnin zabiti həyacandan huşunu itirərək yıxılıb”.
AzVision.az-ın məlumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə “facebook” hesabında yazıb.

A.Mirzəzadə qeyd edib: “O, ya aprel döyüşlərinin iştirakçısı olub, ya da həmin döyüşlər barədə zabit həmkarlarından eşidib. Hər iki halda Azərbaycan ordusunun xofu hətta erməni hərbiçilərində belə çox ciddi oturub”.

Qeyd edək ki, əsgər Qurbanov Çingiz Salman oğlu Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olub. Nəşi 40 gün erməni girovluğunda qaldıqdan sonra fevralın 5-də geri alınıb. Şəhid Çingiz Qurbanov fevralın 6-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminin ardından doğulduğu Qusar rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti