Amerikalılar Marsda yoxa çıxan suyu axtarır

Amerikalılar Marsda yoxa çıxan suyu axtarır
  08 Fevral 2017    Oxunub:1413
Amerikalı alimlər Marsda suyun yoxa çıxmasının səbəbini açıqlayıblar.

AzVision.az Azərtac-a istinadən bildirir ki, Marsda suyun tədricən yox olması ilə bağlı bir çox alimlər tərəfindən irəli sürülmüş nəzəriyyəni ABŞ-ın Kolorado Universitetinin ekspertləri təkzib ediblər. Onların fikrincə, "qırmızı" planetdə suyun buxarlanması daha sürətlə baş verib.

Tədqiqatçılar hesab edirlər ki, su molekulları Yerə nisbətən Marsda daha yüksəyə qalxdığı üçün asanlıqla "soyuq tələ"yə düşür. Bu zaman ultrabənövşəyi işığın təsirindən su oksigen və hidrogenə parçalanır.

AzVision.az


Teqlər:





Xəbər lenti