Tramp və Ərdoğan 45 dəqiqə telefonla danışıb
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı 45 dəqiqə çəkib.
Liderlər ikitərəfli əlaqələr və terrorla mübarizə məsələləri müzakirə ediblər. Tramp ölkəsinin strateji tərəfdaşı və NATO-nun müttəfiqi olan Türkiyəyə dəstəyini ifadə edib, terror təşkilatı İŞİD-ə qarşı mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib.
Ərdoğan iki ölkənin dost və müttəfiq olduğunu bildirib, Trampa prezidentlik dövründə fəaliyyətində uğurlar arzulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az