Poroşenko azərbaycanlı hərbçini mükafatlandırdı

Poroşenko azərbaycanlı hərbçini mükafatlandırdı
  08 Fevral 2017    Oxunub:5004
Ukrayna prezidenti Pyotr Poroşenko bir qrup hərbçinin müxtəlif adlarla təltif edilməsi barədə sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, mükafatlandırılan şəxslər arasında azərbaycan əsilli hərbçi də var.

Poroşenkonun sərəncamı ilə leytenant Roman Baxşıyev Balağa oğlu "İgidliyə görə" üçüncü dərəcəli vətənə xidmətə ordeni ilə təltif olunub.

Qeyd edək ki, Roman Baxşıyev AzVision.az-ın rusdilli versiyası olan vzglyad.az saytının redaktoru Balifa Baxşıyevanın qardaşıdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti