Çavuşoğlu Ukraynaya gedir

Çavuşoğlu Ukraynaya gedir
  08 Fevral 2017    Oxunub:1759
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 9-da Ukraynaya səfər edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkyə XİN məlumat yayıb. Səfər çərçivəsində nazir ukraynalı həmkarı ilə Strateji Planlaşdırma üzrə birgə qrupun 5-ci iclasında iştirak edəcək:

“Mövlud Çavuşoğlu ukraynalı həmkarı Pavel Klimkinlə danışıqlar zamanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə ikitərəfli münasibətləri və gələcək əməkdaşlıq üçün perspektivləri müzakirə edəcək”.

Qeyd olunub ki, səfər çərçivəsində Ankara və Kiyev arasında məsləhət planının imzalanması da gözlənilir. Bundan əlavə türkiyəli nazirin Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysmanla görüşü nəzərdə tutulub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti