Azərbaycan filmininin təbliğində əhəmiyyətli addım

  08 Fevral 2017    Oxunub : 962
Azərbaycan filmininin təbliğində əhəmiyyətli addım
Kino – xalqın ən ox sevdiyi incəsənət növlərindəndir. Kinoya nə yaşlılar, nə uşaqlar, nə də ki, gənclər biganə qala bilmir.
Hamının sevdiyi, rəğbət bəslədiyi, bənzəmək istədiyi və ya təqlid etdiyi aktyorlar var, Son illər Azərbaycan Respublikasında kino incəsənətin bir növü kimi özünün inkişaf dövrünü yaşayır. Bir çoxumuz hələ də müxtəlif situasiyalarda sevdiyimiz filmlərdəki məşhur ifadələri işlədirik. Bəs indi necə? Yeni nəsil köhnə və ya müasir azərbaycan filmlərini taniyirmi? Milli kinonun təbliğ olunması və gənclərin bu sahəyə marağının artırılması ilə əlaqədar "Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Milli Kino - sərvətimizdir” adlı layihənin gerçəkləşdirdi. Layihə müddətində 400-ə yaxın iştirakçı 5 azərbaycan filminə "Biq qalanın sirri”, "Şərikli çörək”, "Ogey ana”, "Sehirli xalat” və "Dərs” filmlərinə baxmaq, azərbaycan filmi haqda məlumatlanmaq imkanı qazandı. Layihənin son günü Park Cnema İMAX-da iştirakçılar "Dərs” tammetrajlı bədii filmin rejissorlarından biri Rafiq Əliyevlə görüşdülər.

Onunla bir yerdə filmə baxdılar. Rafiq Əliyevin və Cavid Təvəkkülün "Dərs” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Layihə müddətində uşaqlar üşün təşkil olunan nümayişlərdən sonra aprılan söhbətlərdə məlum oldu ki, gənclərin və məktəblilərin milli kinoya maragı var. Ancaq, maarifləndirmə işlərinin aparılması da vacibdir.



AzVision.az

Teqlər: