BQXK-nın 6 əməkdaşı öldürülüb

BQXK-nın 6 əməkdaşı öldürülüb
  08 Fevral 2017    Oxunub:1606
Əfqanıstanın şimalında yerləşən Cauzcan əyalətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) 6 əməkdaşı öldürülüb.
AzVision.az xəbər verir ki, bu haqda məlumat təşkilatın “Twitter” səhifəsində yayılıb. Qeyd olunub ki, Komitənin iki əməkdaşı isə itkin düşüb.

BQXK nümayəndəsi Tomas Qlasın sözlərinə görə, onlar İŞİD qruplaşması üzvləri tərəfindən qətlə yetirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti