`Con Vik 2` - daha çox dava, qan və meyit – VİDEO

`Con Vik 2` - daha çox dava, qan və meyit – VİDEO
  08 Fevral 2017    Oxunub:10353
Fevral ayının 7 Park Cinema Flame Towers-də bu ayın ən çox gözlənilən filmi “Con Vik-2”-nin pressa üçün xüsusi nümayişi baş tutub.
Bu barədə Park Cinema-da AzVision.az-a daxil olan məlumatda bildirilir.

“Böyük məmnuniyyətlə yenidən kostyum geyinib və Con Vikin sevimli məşğuliyyətlərinə qayıtdım. Dava, ehtiras və azadlıq uğrunda mübarizə aparan gənclər”, - deyə filmin baş rolunda Kianu Rivz deyib.

Filmdəki roluna hazırlıq zamanı Kianu Rivz iki tapancadan eyni anda atəş açmaq texnikası üzrə sabiq xüsusi təyinatlı döyüşçülərdən dərslər alıb. İnternetdə hətta Kianu Rivzin aktyor heyəti ilə birgə poliqonda müxtəlif növ silahlardan atəş açdığı video paylaşılıb.
Con Vik vaxtı ilə dünyanın ən yaxşı killeri idi, lakin o sonsuz ölümlərdən usanır və mənəvi rahatlıq axtarışına çıxır. Con işlərindən uzaqlaşır, lakin normal insan həyatından təzəcə həzz alırdı ki, yenidən silahlara üz tutmalı olur. Məsələ burasındadır ki, onun keçmiş həmkarı muzdlu qatilərdən ibarət məxfi qruplaşmaya başçılıq edir və Conun vaxtı ilə verdiyi and onu həmkarının köməyinə yetişməyə vadar edir. Vik dünyanın ən qəddar qatillərindən biri ilə mübarizəyə girməli olacağı Romaya yollanır.

Filim haqda maraqlı faktlar:

• Con Vik haqda hekayə trilogiya hesab olunur. Hazırkı film onun ikinci hissəsidir.

• Filmin çəkilişləri 26 oktyabr 2015-ci ildə Nyu-Yorkda başlamışdır. Çəkilişlər həmçinin Roma (İtaliya) və Monrealda (Kanada) da baş tutub.

• Film, 2003-cü il “Matritsa: İnqilab” filmindən sonra Lorens Fişbörn və Kianu Rivzin bir araya gəldiyi ilk filimdir.

• Filmin rejissoru Çad Stahelski “Matritsa” trilogiyasında dublyor/kaskadyor qismində çalışıb.

“Con Vik-2” Park Cinemanın ekranlarında geniş nümayişə 9 fevral tarixindən etibarən çıxacaq. Film Distribution International və Central Partnership şirkətlərinə nümayişi təşkil etdiklərinə görə təşəkkür edirik.



Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti