Belarus səfiri erməni jurnalistlərə rədd cavabı verdi
"Sizinlə bu məsələni müzakirə etməyəcəyəm" - deyə Belarus səfir telefonun dəstəyini asıb.
Belarusun Ermənistandakı səfiri İqor Nazaruk hazırda Minskdədir.
Xatırladaq ki, daha əvvəl Belarusun İrəvandakı səfirliyinin qarşısında bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə etiraz olaraq nümayiş keçirilib. Səfirlik qarşısında keçirilən nümayişdə deputatlar da iştirak edib.
Müxalif deputat Nikol Paşinyan “qısa müddət ərzində Ermənistanı tərk et” tələbi yazılmış bəyanatı səfirliyə təqdim etməyə çalışıb. Səfirliyin əməkdaşları səfirin hazırda işdə olmadığını və bu səbəbdən bəyanatı qəbul edə bilməyəcəklərini deyiblər.
Səfirliyin qarşısına toplaşanlar Belarus səfirinin ünvanına “Rədd ol!” şüarı səsləndiriblər.
Eldar Tanrıverdiyev
AzVision.az