ABŞ hücuma keçdi, `Əl-Qaidə` lideri öldürüldü

ABŞ hücuma keçdi, `Əl-Qaidə` lideri öldürüldü
  09 Fevral 2017    Oxunub:2530
ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) məxsus hərbi təyyarələr 4-5 fevral tarixində Suriyanın İdlib əyalətində “Əl-Qaidə” terror təşkilatının üzvlərinin olduğu binaya iki dəfə hava zərbəsi endirib.
AzVision.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmisi Ceff Deyvis yazılı açıqlamasında bildirib.

Qeyd olunub ki, hava zərbələri nəticəsində 11 terrorçu zərərsizləşdirilib. Öldürülənlər arasında “Əl-Qaidə”nin liderlərindən olan Əbu Hani əl-Misri də var.

Məlumata görə, Əl-Misrinin Ayman əl-Zəvahiri və Usama bin Laden kimi “Əl-Qaidə” liderləri ilə sıx əlaqəsi olub.

Qeyd edək ki, Əl-Misri terrorçuların dünyanın müxtəlif bölgələrinə göndərilməsində, 1980-ci və 1990-cı illərdə Əfqanıstanda bir sıra “Əl-Qaidə” düşərgələrinin yaradılmasında fəal rol oynayıb. Terrorçu ilk kamikadze hücumları təşkil edən terrorçu qrupların yaradıcılarından biri olub.

Aydan Əmirxan
AzVision.az


Teqlər:  





Xəbər lenti