44 İŞİD-çi öldürülüb, 253 hədəf dağıdılıb - 170-ci gün

44 İŞİD-çi öldürülüb, 253 hədəf dağıdılıb - 170-ci gün
  09 Fevral 2017    Oxunub:1526
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 44 üzvü zərərsizləşdirilib, 253 hədəfi məhv edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, koalisiya qüvvələrinə məxsus qırıcı təyyarələr isə Əl-Bab bölgəsində İŞİD mövqelərinə üç dəfə hava hücumu həyata keçirilib. Hava zərbələri nəticəsində bomba yüklü avtomobillər də daxil olmaqla, 6 hədəf məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti