"Mənim Prezidentim" qrupu yarandı

"Mənim Prezidentim" qrupu yarandı
  23 Avqust 2013    Oxunub:1003
Bu gün "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun təqdimat mərasimi keçirilib.
Bununla bağlı keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, 200 nəfərə qədər gənc və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov bildirib ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun əsas məqsədi son 10 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaq.

O, qeyd edib ki, Təşəbbüs Qrupu açıq fəaliyyət göstərir və arzu edən hər bir gənc, təşkilat "Mənim Prezidentim" kampaniyasına qoşula bilər.

Daha sonra çıxış edən "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev 10 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətdən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb.(trend)


Teqlər:





Xəbər lenti