Rusiya Məmmədyarovla Nalbandyanı görüşdürmək istəyir

Rusiya Məmmədyarovla Nalbandyanı görüşdürmək istəyir
  09 Fevral 2017    Oxunub:1790
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü qrafikdən asılı olmayaraq davam etdiriləcək.
AzVision.az-ın məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya indi Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə Münhendə mümkün görüş cədvəlini razılaşdırır:

“Biz tərəflərə görüşün keçirilməsi barədə təklif vermişik. Hələlik Münhen konfransında görüşlərin qrafiki məlum deyil. Münhen konfransının keçirilməsinə yaxın görüş barədə məlumat verəcəyik. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr isə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş qrafikindən asılı olmayaraq davam etdiriləcək”.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası olunmasına münasibət bildirən Zaxarova deyib ki, bu məsələ Rusiya və Azərbaycan arasında işgüzar qaydada həll olunmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti