`Vatikanda korrupsiya var` - Papadan gözlənilməz etiraf

`Vatikanda korrupsiya var` - Papadan gözlənilməz etiraf
  09 Fevral 2017    Oxunub:1528
Roma Papası Vatikanda Korrupsiyanın olduğunu etiraf edib.
AzVision.az-ın məlumatına görə, Papa Fransisk “La Civilta cattolcia” jurnalının fevral sayına müsahibəsində deyib ki, faktın mövcud olmasına baxmayaraq, o rahatdır: “Əgər problem yaranırsa, onda müqəddəs İosifə məktub yazaraq həmin məktubu otağımdakı heykəlinin altında qoyuram. İndi o məktublardan biri döşəkin altındadır”.

Pontifik ən böyük katolik rahib ordenləri rəhbərləri ilə qeyri-formal söhbətləri zamanı kilsə təmsilçilərinin yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq hallarına yol verdiyini etiraf edib və bunu sərt şəkildə qınayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti