Rusiya qırıcısı türk hərbçiləri vurdu: 3 ölü, 11 yaralı

Rusiya qırıcısı türk hərbçiləri vurdu: 3 ölü, 11 yaralı
  09 Fevral 2017    Oxunub:12025
Bu gün "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.

Rusiya tərəfi hücumun səhvən edildiyini bəyab edib.

Hadisədən dərhal sonra Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti