İranda güclü partlayış olub - 4 ölü, 9 yaralı var

İranda güclü partlayış olub - 4 ölü, 9 yaralı var
  10 Fevral 2017    Oxunub:1238
İranın Bəndər Abbas şəhərində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bəndər Abbas Yanğınsöndürmə İdarəsindən bildirilib ki, partlayış İranın Kənd Təsərrüfatı Nazirliyinə məxsus Araşdırma Mərkəzində, yerin 20 metr dərinliyində baş verib.

Hadisə Bəndər Abbas şəhərinin Kulğan bölgəsində baş verib. KİV-lərin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

İlkin məlumata görə, partlayışa səbəb elektrik naqillərində qısaqapanma olub. Bildirilir ki, elektrik naqillərindən çıxan qığılcım qazı alışdırıb və nəticədə partlayış baş verib. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti