ATƏT-in müşahidə missiyası ayın 26-da fəaliyyətinə başlayacaq
Bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Koral Tarqay deyib.
Onun sözlərinə görə, missiyanın ofisi avqustun 26-da açılacaq. Uzun müddətli missiyanın tərkibində Azərbaycana 30 nəfər gələcək. Bundan əlavə, 50-50 nəfərdən ibarət yardımçı heyət olacaq.
Səfir deyib ki, seçki günü prosesləri izləyəcək qısamüddətli ATƏT missiyası isə 180 nəfərdən ibarət olacaq.
Uzunmüddətli müşahidə missiyası ölkədə seçki öncəsi vəziyyətin monitorinqini aparacaq.(apa)







Vaxtında, Aydın, Lazımlı!


