`Koordinatları Türkiyədən almışdıq` - Peskov cavab verdi

`Koordinatları Türkiyədən almışdıq` - Peskov cavab verdi
  10 Fevral 2017    Oxunub:2952
Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyada Türkiyənin verdiyi koordinatlara əsasən uçuş həyata keçirib. Koordinatlara əsasən orada türk hərbçilər olmalı deyildi.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bildirib ki, vəziyyət hər iki tərəfə aydındır, hər hansı bir mübahisəli durum mövcud deyil.

Peskov, həmçinin əlavə edib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan baş verən hadisəni konstruktiv və detallı formada müzakirə edib.

Qeyd edək ki, ötən gün "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.

Səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti